P2000 saxlanc avadanlığında diskin yenilənməsi ilə əlaqəli problem
HP p2000 saxlanc avadanlığında RAİD1 olan diklərdən biri sıradan çıxıb. Diski yenilədik və yeni diskin üzərində lazımi əməliyyatları aparıb RAİDə əlavə etdik. reconstruction əməliyyatı uğurla sonlandı.Bimüddət sonra yeni əlavə olunmuş diskin statusu “fail” dəyişdi və üzərində qırmızı işıq yandı. Bu RAİD üçün spare disk əlavə etməmişik- o da sıradan çıxıb. Diksi çıxarıb yenidən saxlanca əlavə etdik, fərq etmir. Fail olmuş diski başqa disklə birdaha əvəz etdik, fərq etmədi. Hal hazırda status aşağıldakı kimidir:
Disk üzərində: Disk falure is imminient, replace the disk
Yeni qoyduğumuz dikslər HP şirkətinin tövsiyyəsi ilə alınıb və saxlanc avadanlığında uyğun olduğunu güman edirik. Həcm, sürət və s RAİD dəki digər dikə uyğundur.
Fikirləriniz maraqlıdır, problem başqa nədən ola bilər? Bildirim ki eyni əməliyyatı, eyni RAİD üzərində. eyni model disk ilə daha əvvəl RAİD sıradan çıxdıqda etmişik və uyğurla sonlanıb.
Saxlancı keçirib yenidən başlatmamışıq. Hələ ki problemim öhtəsindən gəlməyin yollarını axtarırıq.
Baxılıb: 3797 dəfə
Cavablar ( 1 )
Salam. Məlumat üçün bildirim ki, bu problem HP P2000 storage-nin firmware-ni upgrade etdikdən sonra düzəlmişdir.