İstifadəçi profilləri və Roaming Profil

Salam dostlar. Bugünki mövzuda sizə roaming user profile haqqında məlumat verəcəm. Ümumiyyətlə 5 istifadəçi profili mövcuddur:

•Default Profile

•Local user Profile

•Default Domain Profile

•Mandataory user Profile

•Roaming Profile

Bu profillərin bəziləri sizə taniş gələ bilər . Mən bunlar haqqında qısa məlumat verim.

Defaul profile şablon rolunu oynayır. Beləki yeni bir istifadəçi yaradan zaman bu profilin qovluqlar  və faylları kopyalanır.

Local user Profile hər istifadəçi üçün yaradılan fərdi profildir. Domain və Workgroup  mühitlərində mövcuddur. İstifadəçi hansı kompyuterdən giriş edərsə onun profili orada  saxlanar. Windows XP və əvvəlki versiyalarda istifadəçi profilləri Documenst and Settings-də saxlanılırdısa Windows Vista  və bundan sonrakı versiyalarda Users qovluğunda saxlanılır.

Default domain Profil  Default profil ilə eyni xüsusiyyətlərə sahibdir. Lakin burada şablon profil DC-də olan NETLOGON qovluğuna kopyalanması və Active Directory mühitində işləməsidir.

Roaming user profile ile istifadəçi active directoy mühitində fərqli komputerlər üzərindən login olduqlarında istifadəçinin bütün faylları, qovluqları və windows parametrləri yüklənəcək. Yəni istifadəçi parametrləri və faylları onu izləyəcək.

İndi isə roaming profili necə sazlayırlar birazda bu haqda danışaq. İlk olaraq təhlükəsizlik baxımından roaming profil istifadə edənləri bir qrup altında toplayıb sonra həmin qrupa icazələr vermək lazımdır. Əgər biz  hər kəsə icazə versək istənilən biri  istifadəçinin fayllarını əldə edə bilər.

grouptest

Qrupu yaratdıqan sonra C: diski üzərində profiles qovluğu yaradıb sonunada $ işarəsi yerləşdirirki network üzərində bu qovluq görünməz olsun. Əgər biz bunu şirkət səviyyəsində etsək məsləhətdir ki, ayrı bir hard disk üzərində bu qovluğu yaradasınız. Çünki roaming profiles şəbəkə və hard disk resurslarından çox istifadə edir.

profiles

Növbəti mərhələdə isə sharing edirik.  Biraz əvvəl yaratdğımız qrupu bura əlavə edib Administratordan və Roaming qrupdan başqa digər qrupları və userləri silirik (əgər varsa).

share

 

Bundan sonra isə security bölməsinə gəlib burada everyone silib öz yaratdığımız qrupu əlavə edirik , full control veririk. İcazələri həmçinin öz mühitinizə uyğun olaraq verməyiniz daha məqsədə uyğundur.

ntfs

Növbəti əməliyyat isə yaratdığımız Test userinin properties-inə daxil olub  \\%computername\profilesfolder$\%username  (bizim nümunəyə uyğun olaraq isə \\dc\profiles$\%username%) yazmaq lazımdır.

patch

Növbəti mərhələdə isə test useri ilə daxil olub bir neçə fayl və qovluq yaradırıq test üçün. Sonra isə həmin user ilə başqa kompyuterdə logon olduqda həmin fayl və qovluqların orada olduğunu görəcəyik.

win2 win1

Uğurlar.

Səs: +40. Bəyənilsin Zəifdir

Şərh yazın