Windows Powershell ilə DHCP qurmaq
Salam Yoldaşlar. Bu günkü məqalədə sizə DHCP serveri core olaraq yükləməyi göstərəcəm. Öncəliklə nə üçün server core yükləməyin daha məqsədə uyğun olduğundan danışacam. Bu yükləmə seçimi Windows Server 2008lə birlikdə gəldi və bütün yeni Windows Server versiyaları üçün istifadə olunur. Core yükləməsinin avantajlarına nəzər salarsaq, bəzi server rollarını qaldırmaq üçün minimal bir ortam yaradır,hücum faizlərini azaldır, kiçik bir yer tutduğu üçün yaddaşdan qənaət edir, minimal sayda reboot istəyir və s. Performans daha yaxşılaşdırılır, çünki bir GUI və digər lazımsız komponentlər olmadığından daha az resurs istifadə edir.
DHCP Server core yükləmək üçün serverimiz üçün öncə bir static İP verməyimizə ehtiyac var. Daha rahat olması üçün sconfig əmrini verərək konsolu açırıq.
Gördüyünüz kimi sconfig konsolu ilə bir neçə əməliyyatı rahatlıqla edə bilirik. Biz burada IP verdiyimiz üçün Network Settings panelinə keçməliyik. Bunun üçün 8 seçib davam edirik.
Sonra isə 0 basıb göstərilən network adapterimizi seçirik. Burda bir neçə net adapter göstərilə bilər. Biz lazım olanın uyğun indeksini seçib davam edirik. Ardından isə 1 seçib IP adresləri vermək üçün davam edirik.
Burada biz static olaraq IP verəcəyimiz üçün S seçib və IP adresləri uyğun şəkildə qeyd edirik. DHCP olan Serverimiz üçün 192.168.10.20 IP adresini verdik.
Enter basıb davam edirik.
Növbəti addımda 2 seçimi ilə DNS adresləri də yaza bilərik. (192.168.10.25 qeyd edildi)
4 düyməsini seçib konsoldan çıxırıq. Artıq static IP –mizi qeyd etdik.
İndi isə Powershell üzərindən DHCP rolunu qaldıraq və scope-muzu yaradaq.
Get-WindowsFeature -Name dhcp – əmrini verib dhcp server rolunu qaldırmaq üçün vəziyyəti görüntüləyirik. Ardından isə rolu yükləmək üçün aşağıdakı əmri veririk.
Install-WindowsFeature -Name DHCP -IncludeManagementTools
Artıq DHCP rolumuz quruldu. İndi isə Scope yaradaq. Bunun üçün aşağıdakı əmri verməliyik.
Add-DhcpServerv4Scope -ComputerName Sirket1 -Name “YeniScope” -StartRange 192.168.10.26 -EndRange 192.168.10.30 -SubnetMask 255.255.255.0 -LeaseDuration 8:0:0:0
Burada,
DHCP server Hostname: Sirket1
Scop adı: YeniScope
Başlanğıc IP adres: 192.168.10.26
Son IP adres: 192.168.10.30
IP kiralama müddəti isə 8 saat olaraq qeyd etdik.
Bunun ardından isə routerimiz və dns serverimizin də dhcp tərəfindən paylanması üçün əmr veririk.
Set-DhcpServerv4Optionvalue -computername Sirket1 -Router 192.168.10.9 -dnsserver 192.168.10.25 -DnsDomain srv1.sirket1.local
Artıq DHCP serverimiz hazır durumdadır.
İndi isə scopumuzun vəziyyətinə baxaq.
Get-DhcpServerv4Scope əmrini veririk
Gördüyünüz kimi artıq serverimizdə DHCP rolu active vəziyyətindədir və verdiyimiz bütün tənzimləmələr öz yerindədir.
Şəbəkəmizdə olan digər bir kompyuteri yoxladığımızda dhcp serverimizdən IP aldığını görürük
Bu məqaləmiz bu qədər. Görüşənədək